Almaniyalı diplomat İran Xarici İşlər Nazirliyinə çağırıldı

Almaniyanın İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Oxu.Az IRNA-ya istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Almaniya hakimiyyətinin İranın ölkədəki hər üç konsulluğunu bağlamaq və İran vətəndaşlarını konsulluq xidmətlərindən məhrum etmək qərarı olub.

“Almaniya hökumətinin İranın Almaniyadakı konsulluqlarının fəaliyyətini dayandırmaq qərarı əsassız aktdır”, – deyə nazirliyin nümayəndəsi bildirib.

O əlavə edib ki, İranın Frankfurt, Hamburq və Münhendəki konsulluqlarının əsas funksiyası Almaniyada yaşayan iranlılara lazımi konsulluq xidmətlərinin göstərilməsi və onların qəbul edildikləri ölkədəki maraqlarını dəstəkləməkdir.

“Buna görə də Berlinin qərarı Almaniyadakı iranlılar üçün lazımsız problemlər yaradır və onların əsas hüquqlarını pozur”, – deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 31-də Almaniya hökuməti İran-Almaniya vətəndaşılığına malik Cəmşid Şarmahdın İranda edam edilməsinə cavab olaraq, bu ölkədəki hər üç İran konsulluğunu bağlamaq qərarına gəlib.

Beləliklə, İranın Almaniyadakı diplomatik nümayəndəliyinin yalnız Berlində səfirliyi qalacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More