Dəhşətli qəzada ölən Cavidin FOTOSU

Oktyabrın 30-na keçən gecə paytaxtın Binəqədi rayonunda marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo”nun məlumatına görə, “Çinar Trans” MMC-nin istismarında olan 133 saylı xətt üzrə hərəkət edən avtobusun törətdiyi qəzada ölən Cavid Məmmədov özəl şirkətlərin birində çalışırmış.

Hadisə zamanı onun olduğu “Opel Corsa” markalı avtomobilin sürücüsü Azər Əyyubov da vəfat edib.

Bildirilir ki, hadisəni törədən “Karsan” markalı avtobusun sürücüsü Əkbər Mehdiyev saxlanılıb.

Belə ki, qəza zamanı onun idarə etdiyi avtobusla Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi məlum olub. Nəticədə avtobus yaşıl işıqla öz yoluna davam edən “Opel Corsa” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan “Changan” və “Hyundai Santa Fe” markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib.

“Opel Corsa”nın sürücüsü Azər Mirzəxan oğlu Əyyubov və sərnişini Cavid Mahir oğlu Məmmədov qəza yerində həlak olub. “Changan”ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More