İranın ali rəhbəri İsrailə hücum üçün hazırlıq əmri verib

Dünən “The New York Times” qəzeti adı açıqlanmayan üç İran rəsmisinə istinadən yazıb ki, İranın Ali Rəhbəri Əli Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Məlumata görə, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksəkrütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.

Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More