Azərbaycan əleyhinə hazırladığı hesabatlarla tanınan, bir müddət əvvəl isə ölkəmizdə baş tutacaq COP29 konfransını boykota səsləyən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo gözlənilməz açıqlama ilə çıxış edib.
Oxu.Az “Caucasian Bureau” “Telegram” kanalına istinadən xəbər verir ki, Luis Moreno Okampo fikirlərini vebinarda çıxışı zamanı söyləyib.
O, ilk dəfə olaraq, Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət işğalda saxladığını etiraf edib.
Moderatorun qondarma Artsax respublikasının legitimliyi ilə bağlı sualına cavab verən Luis Moreno Okampo bu ərazidə yaşayanların əksəriyyətini azərbaycanlıların təşkil etdiyini vurğulayıb.
“Bu həqiqətdir ki, Ermənistanın nəzarətində olan ərazi Azərbaycana aid idi və Ermənistan Azərbaycana məxsus olan əraziləri işğal etmişdi”, – deyə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru qeyd edib.