“Canavarlarla rəqs” (Dances With Wolves) tarixi dram filmində əsas rollardan birinin ifaçısı olan Natan Çeyzinq Hors qadınlara və uşaqlara qarşı cinsi təcavüzdə ittiham edilir.
Oxu.Az “AP News”a istinadən xəbər verir ki, hadisə “Oskar” mükafatı almış filmin çəkilişindən qısa müddət sonra baş verib.
Belə ki, doğulduğu Cənubi Dakotaya qayıdan aktyor özünü loğman kimi təqdim edib.
O, ucqar bölgələrə gedərək “şəfa mərasimləri” təşkil edib. Burada isə aktyor qadınları və azyaşlı qızları sağaltmaq adı ilə onları cinsi istismara məruz qoyub.
Artıq sənətçiyə qarşı məhkəmə iddiası qaldırılıb və o, yaxın günlərdə hakim qarşısına çıxarılacaq.