Pakistan Prezidenti Asif Əli Zərdari Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən ayağını sındırıb.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün “Dawn” qəzeti prezident katibliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət başçısı yıxıldıqdan sonra dərhal xəstəxanaya aparılıb və tibbi müayinədən sonra ayağı gipsə qoyulub.
Qeyd olunur ki, A.Ə.Zərdariyə tam istirahət təyin olunub. Prezident dörd həftə ərzində gips taxmalı olacaq.