Polşa Rusiya ilə sərhəddə müdafiə məqsədli istehkam xəttinin tikintisinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“Şərq Qalxanı”nın tikintisinə başlandı! Rusiya ilə sərhəddə ilk işlərə start verilib”, – Donald Tusk qeyd edib.
Xatırladaq ki, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti həmsərhəddir.