“Heyətdə zədəlilərin çoxluğu məğlubiyyətimizin əsas səbəblərindəndir”.
Oxu.Az xəbər verir ki, bunu “Araz-Naxçıvan” ilə görüşdən sonra “Neftçi” klubunun baş məşqçisi Samir Abbasov deyib.
“Heyətdə zədəli futbolçuların çoxluğu istədiyimiz oyunu sərgiləməyə mane oldu. Emin Mahmudov son dəqiqələrdə məcburiyyətdən meydanı tərk etdi. Zədəsi ciddi olduğundan növbəti oyunları buraxa bilər. Həkimlərin muayinəsindən sonra daha dəqiq məlumat verəcəyik”.
Qeyd edək ki, “Neftçi” “Araz-Naxçıvan” görüşü qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.
Anar Həsənov