Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, ölkənin sakinləri axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsində yaşamaqdan yorulublar.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Siz (amerikalılar) axmaqlar ölkəsində yaşamaqdan yorulmusunuz. Biz axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsinə çevrilmişik”, – deyə o, jurnalist Taker Karlsona müsahibəsində bildirib. Söhbət Arizona ştatının Qlendel şəhərində tamaşaçıların iştirakı ilə aparılıb. O, həmçinin hazırkı Prezident Co Baydeni ABŞ-nin inkişafına mane olduğuna görə “axmaq yaramaz” adlandıraraq tənqid edib.
ABŞ-də növbəti ümumi seçki noyabrın 5-də keçiriləcək. Prezident postu uğrunda Tramp və Kamala Harris mübarizə aparacaqlar. Tramp ABŞ-nin 45-ci prezidenti (2017-2021) olub.