Türkiyədə “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu gözlənilir

Türkiyə hökuməti xarici təsirlərə qarşı mübarizə haqqında qanun layihəsi hazırlayıb və onun yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılır.

Oxu.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Qanun başqa ölkənin və ya xarici təşkilatın təsiri və ya sifarişi ilə dövlətin təhlükəsizliyinə və ya onun daxili və xarici siyasi maraqlarına qarşı fəaliyyət göstərənlərə qarşı mübarizəyə yönəldiləcək.

Qanunun pozuntusuna yol verənləri yeddi ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, mayın 14-də Gürcüstanda “Xarici agentlər haqqında” analoji qanun qəbul edilib. Bu hadisə Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More