Noyabrın 3-də keçirilməli olan İspaniya La Liqasının 12-ci turunun “Valensiya” – “Real Madrid” matçı sel fəlakəti üzündən təxirə salınıb.
Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, 150-dən çox şəxs sel suları altında qalaraq həyatını itirdiyi üçün İspaniyada matəm elan edilib.
Qeyd edək ki, İspaniya La Liqasının 12-ci turunda keçirilməli olan “Valensiya” – “Real Madrid” görüşünün 2025-ci ilin fevralında baş tutacağı bildirilib.