Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırdı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) əsir düşmə təhlükəsi ilə əlaqədar ölkə vətəndaşlarına İranı tərk etməyi şiddətlə tövsiyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Biz dəfələrlə Almaniya vətəndaşlarına müraciət etmişik ki, İranı tərk etsinlər, çünki Cəmşid Şarməhdin timsalında görürük ki, İran bizim vətəndaşlarımızı girov götürür”, – Almaniya XİN nümayəndəsi bildirib.

Nazirlik vətəndaşlarını Almaniya və İran vətəndaşlığına malik olan və bu həftənin əvvəlində İranda edam edilən Şarməhdin aqibətindən qorumaq istədiyini bildirib.

İran Ədliyyə Nazirliyinin məlumatına görə, Şarməhd terror fəaliyyətlərində, mərkəzi kəşfiyyat idarəsinin, federal araşdırma bürosu və İsrailin “Mossad” kəşfiyyat agentliyi ilə əməkdaşlıqda, həmçinin İranın monarxiya təşkilatında iştirakda təqsirli bilinib. O, ABŞ-də yaşayıb, lakin 2020-ci ildə BƏƏ-də olarkən İran kəşfiyyat xidmətlərinin keçirdiyi əməliyyat zamanı İrana köçürülüb. O, 2023-cü ildə ölüm cəzasına məhkum edilib, bundan sonra Almaniya İrandan iki diplomatı geri çağırıb. Hökm 2024-cü ilin aprelində təsdiqlənib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More