“Qızıl top”un təqdimetmə mərasimində “Real Madrid”in bir nəfər də olsun təmsilçisinin iştirak etməməsinin səbəbi məlum olub.
Oxu.Az xəbər verir ki, “Madrid Xtra” portalı jurnalist Aranç Rodrigesə istinadən sözügedən məsələnin hansı üzdən baş verdiyini açıqlayıb.
Belə ki, “Qızıl top”un təqdimetmə mərasiminə qatılmamağın təşəbbüskarı Madrid klubunun baş məşqçisi Karlo Ançelotti olub.
İtalyan məşqçi Vinisius Juniorun “Qızıl top”u qazana bilməyəcəyini öyrəndikdən sonra bu qərarı verib.
O, futbolçulara və komandanın texniki heyət üzvlərinə istirahət etməyi tövsiyə edib.