Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Bavariya” doğma meydanda paytaxt klubu “Yunion”u sınağa çəkib.
Vinsen Kompaninin yetirmələri rəqibə şans verməyiblər. Ev sahibləri qonaqların qapısından üç cavabsız top keçiriblər – 3:0.
Qaliblərin heyətində Harri Keyn dublla yadda qalıb.
Bu nəticədən sonra “Bavariya” 23 xalla turnir cədvəlinə başçılıq edir. “Yunion” isə 15 xalla 6-cı sırada qərarlaşıb.