DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri ələ keçdilər

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri – Cehun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri ələ keçdilər


DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri ələ keçdilər




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More