“Jaguar” Britaniyada avtomobil satışını dayandırdı – SƏBƏB

Əfsanəvi Britaniya avtomobil istehsalçısı “Jaguar” Böyük Britaniyanın daxili bazarında yeni avtomobillərin satışını dayandırmaq qərarına gəlib. Bu, təxminən dörd il əvvəl təqdim edilən “Reimagine” adlı yeni brendin inkişaf strategiyası ilə bağlıdır.

Oxu.Az bu barədə Motor1.com şirkətin bəyanatına istinadən məlumat verib.

Bu strategiyaya əsasən, “Jaguar” 2025-ci ilə qədər tam olaraq lüks elektrikli avtomobil istehsalına keçməlidir. Bununla əlaqədar olaraq şirkət “E-Pace”, “XE”, “XF”, “F-Type” və “F-Pace” kimi məşhur modellər də daxil olmaqla, Britaniya bazarı üçün daxiliyanma mühərrikli bütün modellərin istehsalını dayandırıb. Yığılmış bütün avtomobillər artıq satılıb.

Xarici bazarlar üçün “F-Pace” yolsuzluq avtomobilləri hələ də istehsal olunur, lakin onların da günləri sayılıdır.

“Jaguar”ın yeni strategiyasına görə, brend BMW, “Mercedes-Benz” və “Audi” kimi ənənəvi rəqiblərlə deyil, “Bentley” və “Aston Martin” kimi markalarla rəqabət aparacağı daha yüksək seqmentə keçəcək.

“Jaguar” hələ yeni nəsil elektrikli avtomobil təqdim etməyib, lakin ilk modelin “Porsche Taycan”ın rəqibi olacağı gözlənilir. 2026-cı ildə isə şirkət “Bentley Bentayga” lüks yolsuzluq avtomobilinə rəqib buraxacağını vəd edir.

Bununla paralel olaraq, indi sadəcə JLR adlanan “Jaguar Land Rover” şirkətinin strukturunda dəyişikliklər baş verir. “Land Rover” brendi yox olacaq və onun yerini “Defender”, “Discovery” və “Range Rover” olmaqla üç marka tutacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More