“Nyukasl” “Arsenal”dan üstün oldu

İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluğa iddialı “Arsenal” bu dəfə səfərdə “Nyukasl”la qarşılaşıb.

Matçın 12-ci dəqiqəsində meydan sahiblərindən Aleksander İsak hesabı açıb. Bu, oyunda yeganə qol olub və “sağsağanlar”a üç xal qazandırıb – 1:0.

Beləliklə, 10 turdan sonra “topçular” 18 xalla 3-cü pillədə qərarlaşıblar. “Nyukasl” isə 15 xalla 8-ci yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More