Bakıda külək güclənib, yağış yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında, Naxcıvan, Şabran, Quba, Qusar, Xaçmazda arabir yağış yağır.

Oxu.Az xəbər verir ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 28 m/s, sarı xəbərdarlıga uygun olaraq isə Neftçalada 20 m/s, Naftalan və Ağdamda 18 m/s, Göyçay, Mingəcevir və Bərdədə 16 m/s, Xaçmazda 15 m/s təşkil edir.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.

Yagıntılı hava şəraiti isə noyabırın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.

Saat 15:00-a olan faktiki hava açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

“Noyabrın 4-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir”, – deyə Milli Hidrometeorologiya Xidmətinin məlumatında vurğulanıb.

Noyabrın 3-ü saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda 19 m/s, Bərdə, Naftalan, Ağdamda 18 m/s, İsmayıllı, Qobustan, Tərtər, Mingəçevirdə 16 m/s təşkil edir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bundan başqa noyabrın 4-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin 4-ü gecəyə doğru və 5-də küləyin yenidən güclənəcəyi gözlənilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More