“Formula-1″də ağır qəza baş verib

“Uilyams” komandasının tailandlı pilotu Aleksander Albon “Formula-1” yarışlarının 21-ci mərhələsi – Braziliya Qran Prisinin təsnifat mərhələsində ağır qəza keçirib.

Oxu.Az xəbər verir ki, insident üçüncü təsnifat seqmentində baş verib. Pilot birinci döngədən əvvəl bolidin idarəetməsini itirib və səddə çırpılıb. Nəticədə onun bolidi ciddi zədələnib.

Ondan başqa, “Uilyams”ın argentinalı pilotu Franko Kolapinto, “Ferrari”nin ispan sürücüsü Karlos Sayns, “Aston Martin”in pilotu, kanadalı Lens Stroll və onun ispaniyalı komanda yoldaşı Fernando Alonso qəzalar törədiblər.

Yekunda təsnifat mərhələsini “Maklaren” pilotu Lando Norris öndə başa vurub.

Qeyd edək ki, Braziliya Qran Prisinin təsnifatmərhələsi şənbə günü, noyabrın 2-də keçirilməli idi. Amma güclü yağış səbəbindən mərhələ bu günə keçirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More