Mahir Emreli “Nürnberq”də ard-arda dördüncü oyunda fərqləndi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın 2-ci Bundesliqasında formasını geyindiyi “Nürnberq”in heyətində növbəti dəfə fərqlənib.

Oxu.Az xəbər verir ki, M.Emreli 11-ci turda “Hamburq”la qarşılaşmanın 63-cü dəqiqəsində rəqib qapısına yol tapıb.

27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu, M.Emrelinin 2-ci Bundesliqada keçirdiyi 6-cı oyunda üçüncü qolu olub. O, daha bir dəfə Almaniya kubokunda fərqlənib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More