COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkili ilə bağlı keçirilən brifinqdə metronun “Koroğlu”, “28 May” və “Elmlər Akademiyası” stansiyalarında tibb məntəqələrinin yaradıldığı bildirilib.
Qeyd etmək lazımdır ki, metroda tez-tez halı pisləşən sərnişinlərin sayı az deyil. Bu baxımdan, tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətini davam etdirməsi sərnişinlər tərəfindən arzuolunandır.
Bəs, bu məntəqələr COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.
TƏBİB-dən isə bu suala hələlik cavab verilməyib.
Görünən odur ki, COP29-dan sonra metronun qeyd olunan stansiyalardakı tibb məntəqələrinin fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.