“ABŞ-də keçirilən prezident seçkisinin nəticəsindən asılı olmayaraq, Vaşinqtonun Avropada geosiyasi dominantlığı dövrü başa çatıb”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Harris, yoxsa Tramp? Bəziləri iddia edirlər ki, Avropanın gələcəyi ABŞ-dəki seçkidən asılıdır, amma ilk növbədə bu, bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və özünə inansın. Nəticə nə olursa olsun, geosiyasi hökmranlıq dövrü bitdi”, – Tusk “X”də (əvvəllər “Twitter”) yazıb.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkisi noyabrın 5-də keçiriləcək. Respublikaçıları keçmiş dövlət başçısı Donald Tramp, demokratları isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.
Harris or Trump? Some claim that the future of Europe depends on the American elections, while it depends first and foremost on us. On condition Europe finally grows up and believes in its own strength. Whatever the outcome, the era of geopolitical outsourcing is over.
— Donald Tusk (@donaldtusk) November 2, 2024