ESG standartı tətbiq etməyən şirkətlərlə bağlı hansısa cərimə və cəza tətbiq edilə bilər?

“ESG standartı könüllü normativ sənəd hesab edilir. Standartın tətbiqi təhlükəsizliyin təminatı deməkdir. ESG standartını tətbiq etməyən şirkətlərlə bağlı hansısa cərimə və cəza növlərinin tətbiqi ilə bağlı hələ qərar yoxdur, könüllülük prinsipi əsas tutulub”.

Oxu.Az xəbər verir ki, bu fikirləri ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə qəbul edilən dövlət standartı ilə bağlı keçirilən brifinqdə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov deyib.

O bildirib ki, standartın tətbiqi tövsiyəolunandır:

“Şirkətlərimizin gücləndirilməsi və ətraf mühitin dəyişikliklərə qarşı adaptasiya olması üçün ESG standartı təklif olunur”.

Məhərrəm Əliyev



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More