“Formula-1” üzrə San-Paulu Qran-prisində qalib bəlli olub

“Formula-1” üzrə dünya çempionatında 2024-cü il mövsümünün 21-ci Qran-prisi baş tutub.

Oxu.Az xəbər verir ki, San-Paulu Qran-prisi milli sürücü Karlos Paçenin adını daşıyan “İnterlaqos” avtodromunda keçirilib.

Yağışlı yarış “Red Bull” komandasının üzvü Maks Ferstappenin qələbəsi ilə tamamlanıb. Niderlanddan olan 27 yaşlı pilot 17-ci yerdən start alsa da, 69 dövrəlik dramatik yarışı ilk sırada bitirib.

Qeyd edək ki, bu, onun cari mövsümdə 8-ci, karyerasında isə 62-ci qələbəsi olub.

Podiumun digər iki pilləsinə isə Fransanın “Alpine” komandasının fransalı pilotları Esteban Okon və Pyer Qasli qalxıblar.

Bu qələbədən sonra Ferstappen çempionatda əsas rəqibi “McLaren” sürücüsü Lando Norris üzərində üstünlüyünü 62 xala çatdırıb və mövsümün sonuna 3 mərhələ qalmış dördüncü titulunu qazanmağa doğru ciddi addım atıb. Konstruktorlar çempionatında isə “McLaren”in liderliyi davam edir.

Çempionatda növbəti mərhələ 3 həftədən sonra Las-Veqasda keçiriləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More