İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı altı nəfər həyatını itirib.
Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verib.
Vulkan 2 min metr hündürlüyə qədər qalın qəhvəyi kül atıb.
Qeyd olunub ki, vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub, bir neçə ev və katolik rahibələrin monastırı yanıb.