İran İsrailə cavab hücumunda əvvəlkilərlə müqayisədə daha güclü döyüş başlıqlarından istifadə edə bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” İran və ərəb rəsmilərinə istinadən xəbər verib.
Bildirilib ki, İran hökuməti İsrailə cavabında əvvəlki hücumlarda olduğu kimi raket və pilotsuz uçuş aparatları ilə kifayətlənməyi planlaşdırmır. Mənbələr iddia edir ki, bu vəziyyətdə istifadə ediləcək hər bir raket daha güclü döyüş başlığına malik olacaq.
Nəşrdə qeyd olunub ki, İran İsrailə qarşı “kompleks cavab” planlaşdırır.