İsrail “Hizbullah”ın PUA mütəxəssisini məhv etdi

İsrail hərbçiləri Livandakı “Hizbullah” təşkilatının hava qüvvələrinin səhra komandiri Əli Bərəkatı öldürüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Bərəkat, İsrailə pilotsuz uçuş aparatının (PUA) hücum planlarının müəlliflərindən olub.

“O, həmçinin “Hizbullah” üçün qanadlı raketlərin və PUA-ların hazırlanmasında iştirak edib”, – mətbuat xidməti əlavə edib.

Qeyd olunur ki, İsrail ordusu “Hizbullah”ın hava qüvvələrinə qarşı əməliyyatları davam etdirəcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More