İsraildən BMT-yə etiraz: Əməkdaşlığı dayandırdı

İsrail Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədrini BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığa son verdiyi barədə məlumatlandırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin daimi nümayəndəsi Dani Danon “X” hesabında məlumat verib.

“BMT-yə təqdim etdiyimiz və UNRWA-nın HƏMAS tərəfindən ələ keçirilməsini sübut edən çox sayda dəlillərə baxmayaraq, BMT vəziyyəti düzəltmək üçün heç bir iş görmədi”, – deyə o, paylaşımda yazıb.

Danon vurğulayıb ki, İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin bu, ölkəyə qarşı terrorizmi təşviq edən təşkilatlara şamil edilmir.

Qeyd edək ki, bundan əvvəl İsrail parlamenti UNRWA-nın ölkədə fəaliyyətini qadağan etmişdi.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More