Moskvada Rusiya Qvardiyasının arxa cəbhə rəisinin müavini Mirza Mirzayev həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.
Müstəntiqlərin bildirdiyinə görə, 52 yaşlı general-mayor 480 milyon rublluq (təxminən 5 milyon dollar – red.) müqaviləni pozmaqla hədələyərək, modul tikililər üçün təchizatçdan 140 milyon rubl tələb edib. O, pulu aldıqdan sonra saxlanılıb.
Vəkillər Mirzayevin ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə onun 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasında qalmasına hökm verib.