Çinin “Şençjou-18” pilotlu kosmik gəmisinin bir gün əvvəl “Tyanqun” kosmik stansiyasından ayrılan kapsulu Daxili Monqolustan Muxtar Rayonunda (Şimali Çin) Dunfen meydançasına uğurla enib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çinin Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi xəbər yayıb.
Bildirilir ki, taykonavtlar Ye Quanfu, Li Çun və Li Quansu yaxşı fiziki vəziyyətdədirlər.
Bundan sonra altıaylıq kosmik növbəni 30 oktyabrda buraxılan “Şençjou-19” gəmisinin ekipajı – Say Syuçje, Sun Lindun və Van Haotsze aparacaqlar.
Qeyd edək ki, “Tyanqun” stansiyası təxminən 400 km hündürlükdə yerləşir və ilkin hesablamalara görə, 10 ildən çox xidmət edəcək. O, üç nəfər üçün (ekipaj rotasiyası zamanı qısa müddətə altı nəfərədək) nəzərdə tutulub.
Sosial şəbəkələrdə “Şençjou-18” gəmisinin qayıdışı ilə bağlı möhtəşəm kadrlar yayılıb.
“Şençjou-18” gəmisinin kosmosdan qayıdışından möhtəşəm görüntülər