Simonyan: “Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir”

Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir.

Oxu.Az bu barədə erməni mediasına istinadən məlumat yayıb.

“Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, – deyə o, jurnalistlərə bildirib.

Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət proses baş verəcək.

O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar yoxdur.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More