“Valensiya”nın İspaniya Kubokundakı oyunu ikinci dəfə təxirə salınır

İspaniyanın “Valensiya” klubu ölkə kubokunun birinci mərhələsində “Parla Eskuela” ilə keçirilməli olan matçın növbəti dəfə təxirə salınmasını xahiş edib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti bəyanat yayıb.

Bəyanatda futbolun ikinci planda olduğu bildirilib, daşqınlarda həlak olanların yaxınlarına başsağlığı verilib. Kubok matçı əvvəlcə oktyabrın 30-na planlaşdırılsa da, regiondakı vəziyyətlə əlaqədar İspaniya Kral Futbol Federasiyası bu oyunu noyabrın 6-na təxirə salmışdı.

Qeyd edək ki, İspaniyanın cənub-şərqində güclü leysan ölkənin güclü daşqınlara yol açıb. Son məlumatlara görə, daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçığın təsirindən dağılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More