ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi

Şimali Koreya ABŞ-də prezident seçkisi ərəfəsində həftə ərzində ikinci dəfə ballistik raket buraxıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Yaponiya Müdafiə Nazirliyi və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat verib.

Onların məlumatına görə, raket Yapon dənizi istiqamətində uçub.

“KXDR uçuş hündürlüyü təxminən 100 km, məsafəsi isə təxminən 400 km olan ən azı 7 raket buraxıb”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, oktyabrın 31-də Şimali Koreya Yapon dənizi istiqamətində qitələrarası ballistik raket buraxmışdı (2023-cü il dekabrın 18-dən bəri ilk dəfə). Yaponiya hərbçilərinin məlumatına görə, uçuş 1 saat 26 dəqiqə davam edib, məsafəsi min km, hündürlüyü isə rekord həddə – 7 min km olub. Raket Okusiri adasından (Hokkaydonun cənub-qərb sahilindən 20 km məsafədə yerləşir) təxminən 300 km məsafədə, Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More