Polşanın Raşin şəhərində keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranları Vətənə qayıdıblar.
“Report” xəbər verir ki, ağırlıqqaldıranları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Hava limanında idmançıları ictimaiyyət nümayəndələri, jurnalistlər, idman azarkeşləri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası oktyabrın 26-dan noyabrın 3-dək keçirilmiş ağırlıqqaldırma üzrə gənclər və U23 arasında Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb.