Azərbaycan Mərkəzi Bankı (AMB) iki bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
“Report” xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə “Para” ASC-nin vəzifəli şəxsi Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.