Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.
Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi.
Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “SKY AGRO” Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” Birgə Müəssisəsidir.
Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“Dəvəçi-Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.70 manat;
“ATS MİLL”, “Taxıl AQRO” və “Qarabağ un” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
“Anadoluqida” və “AVETA” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.20 manat;
“Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28.20 manat;
“Dəvəçi-Taxıl” və “Avrora” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26.50 manat;
“Gəncə Dəyirman” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.40 manat;
“Bakı Taxıl Terminalı”, “Hazartürk LTD”, “KARAT HOLDİNQ”, “Dəniz un sənayesi LTD”, “Sünbül 2012”, “Karmen”, “Orxan UN”, Xırman”MMC-lərə, eləcə də “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.10 manat;
“NEON” Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.65manat;
“Nural” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27.30 manat;
“SKY AGRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 25.95 manat.