Baku TV əməkdaşı ABŞ-də sorğu keçirdi: Yeni liderdən gözləntilər nədir?

ABŞ-də prezident seçkisi 3 həftədir ki, davam edir. Erkən seçki müddəti 15 oktyabrda başlayıb.

Noyabrın 5-də isə bu vacib seçki dövrünün başa çatması gözlənilir. Prezident postu uğrunda Demokratlar Partiyasından namizəd, ölkənin hazırkı vitse-prezidenti Kamala Harrislə Respublikaçılar Partiyasından namizəd, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparır.

Baku TV-nin ABŞ-dəki əməkdaşı Nigar Şıxsəfiyeva bu ölkənin vətəndaşları arasında sorğu keçirərək onlardan yeni prezidentlə bağlı gözləntilərini soruşub.

“Seçim etmək hüququmuz və hər iki tərəfdə diqqət yetirməli olduğumuz məqamlar var. Hazırda ölkədə mövcud çatışmazlıqlardan narahatam. Hesab edirəm ki, insanların namizədlər barədə doğru məlumatlandırılması çox vacibdir. Şəxsən mən gələcəyimə və övladlarıma nələrin təsir edəcəyi barədə düşünürəm”, – deyə ABŞ sakinlərindən biri mövzu ilə bağlı fikrini bildirib.

Daha ətraflı Baku TV-nin materialında:

Baku TV əməkdaşı ABŞ-də sorğu keçirdi: Yeni liderdən gözləntilər nədir?


Baku TV əməkdaşı ABŞ-də sorğu keçirdi: Yeni liderdən gözləntilər nədir?




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More