ABŞ-də 60-cı prezident seçkisi başlayacaq.
Əsas səsvermə günü noyabrın 5-nə təyin edilib.
Bu barədə Oxu.Az Interfax.ru-ya istinadən xəbər verir.
Prezident postu uğrunda Demokratlar Partiyasının namizədi və vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mübarizə aparırlar.
Prezidentlə birlikdə, həmçinin ABŞ-nin vitse-prezidenti də seçiləcək. Demokratlardan bu vəzifəyə Minnesota ştatının qubernatoru Tim Uolz, Respublikaçılar Partiyasından isə Ohayo ştatının senatoru Cey Di Vens namizəddir.
Bundan başqa, ABŞ prezidentliyi uğrunda Libertarian Partiyasının namizədi Çeyz Oliver, Yaşıllar Partiyasının nümayəndəsi Cill Stayn, eləcə də daha az tanınan partiyaların nümayəndələri və müstəqil namizədlər də mübarizə aparırlar.
Noyabrın 5-də, həmçinin prezident seçkisi ilə yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvləri və ABŞ Senatı üzvlərinin üçdəbiri üçün seçkilər keçiriləcək.