Frenk Lempard “Roma”nı çalışdıra bilər

İngiltərəli mütəxəssis Frenk Lempard İtaliyanın “Roma” komandasının baş məşqçisi ola bilər.

Oxu.Az xəbər verir ki, Lempard paytaxt təmsilçisində bu vəzifəyə əsas namizədlərdən biridir.

“Roma”nın hazırkı xorvatiyalı baş məşqçisi İvan Yuriçin yaxın vaxtlarda istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Frenk Lempard ölkəsində “Çelsi” və “Everton”un baş məşqçisi olub. O, futbolçu olduğu dönəmdə, 2001-14-cü illər aralığında London təmsilçisinin formasını geyinib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More