İranda məktəb şagirdlərini güllələdilər

İranın Qaemşəhr şəhərində orta məktəb şagirdləri sırada dayandıqları halda atəşə tutulublar.

“Azad İran” xəbər verir ki, bu haqda Qaemşəhr Təhsil İdarəsinin rəhbəri Əlirza Dərzi məlumat verib.

Məlumata görə, Təhsil İdarəsinin rəhbəri məktəbin yanındakı binada olan bir kişi və bir qadının üçüncü mərtəbədən məktəbə pnevmatik tüfəngdən iki güllə atdığını, güllənin şagirdin başına dəydiyini açıqlayıb.

Güllə atan şəxslər polis tərəfindən saxlanılıb və araşdırmalar davam edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More