“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Mikayıl Müşfiq küçəsində vətəndaşların qarşılaşdığı problem haqqında məlumat verilib.
Qeyd edilib ki, Nəriman Nərimanov heykəli tərəfdən yuxarı qalxan avtomobillər sağdakı piyada keçidi ilə bağlı nişanı görmürlər. Bu isə əlavə risk yaradır.
Bildirilib ki, yolda piyada keçidinin mövcudluğunu bildirən nişanın görünməməsi, avtobuslara dayanacağa yaxınlaşmaq üçün şərait olduğu halda ortada durmasına icazə verilməsi və bu kimi vəziyyətlərdən doğan risklər hərəkətin təhlükəsiz təşkilinə mane olur.
Diqqətə çatdırılıb ki, sözügedən ərazidə dayanacaq pavilyonu ilə piyada keçidi arasında qısa məsafə var.
Qanuna əsasən, digər nəqliyyat vasitələrinin dayanacağın 15 metr sağ və solunda dayanmasına görə cərimə var.
Bu isə o deməkdir ki, avtobus dayanacağın 15 metr irəlisində və gerisində dayana bilər. Nəticədə, sol zolaqdakılar yolu keçməkdə olan piyadanı görməyəcəklər. Əlavə olunub ki, ağacın nişanın qarşısını kəsməsi piyadaları risk altına qoyur.
Əgər yolda piyada olsa, sürücü məcburdur ki, qəzadan yayınmaq üçün ya sağa, ya da əks yola çıxsın.
Ətraflı Baku TV-nin süjetində:
Piyadaları təhlükəyə atan nişan: Avtobuslar niyə yolun ortasında dayanır?