“Qalatasaray” Viktor Osimheni transfer etmək üçün “Napoli”yə 50 milyon avro təklif edib

Türkiyənin “Qalatasaray” klubu Viktor Osimhenin alınması üçün maksimum 50 milyon avro xərcləməyə hazırdır.

Oxu.Az “Sabah”a istinadən xəbər verir ki, əgər “Napoli” və “Qalatasaray” 25 yaşlı forvardın transferində razılaşarsa, Türkiyə klubu nigeriyalı ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.

Bu mövsüm Osimhen bütün turnirlərdə meydana çıxdığı yeddi matçda dörd qol vurub, dörd məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 75 milyon avro olaraq göstərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More