Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı respublikanın ali dövlət mükafatı – birinci dərəcəli “Manas” ordeni ilə təltif edib.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, orden Bişkekdə “Intımak Ordo” Prezident Administrasiyasının yeni binasında liderlərin görüşü zamanı təntənəli şəkildə təqdim edilib.
Japarovun sözlərinə görə, orden Ərdoğanın Qırğızıstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə verdiyi böyük töhfəyə görə təqdim olunub.
Qeyd edək ki, birinci dərəcəli “Manas” ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.