İspaniyanın “Real Madrid” klubu Kilian Mbappenin çıxışından narazı olduğu üçün İngiltərə təmsilçisi “Mançester Siti”də çıxış edən Erlinq Holandı 200 milyon avroya ala bilər.
Oxu.Az xəbər verir ki, “Mançester Siti” klubuna yaxın zamanlarda maliyyə pozuntularına görə sanksiya tətbiq olunarsa, 24 yaşlı hücumçu komandanı tərk edəcək.
İngiltərə çempionu aşağı liqaya göndərilsə, norveçli forvardı satmağa məcbur qalacaq.
Belə olacağı təqdirdə “Real Madrid”in prezidenti Florentino Peres onun üçün 200 milyon avro təklif edəcək. Əks halda Holandın “Mançester Siti”dən ayrılması mümkünsüz hesab edilir.
Qeyd edək ki, hücumçu cari mövsüm klubunda keçirdiyi 14 oyunda 14 qol vurub.