İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovskinin evi ölkədəki güclü daşqınlar nəticəsində zərər görüb.
Oxu.Az “Goal”a istinadən xəbər verir ki, Kasteldelfesdə (Kataloniya) yaşayan polşalı futbolçu yollardakı sel səbəbindən məşqə getməkdə çətinlik çəkib.
36 yaşlı ön xətt oyunçusunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.
Qeyd edək ki, son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.