Neymar uzunmüddətli zədəsini sağaltdıqdan bir neçə gün sonra yenidən eyni problemlə üzləşib.
Oxu.Az xəbər verir ki, “Əl-Hilal”ın və Braziliya millisinin 32 yaşlı sol cinah müdafiəçisi Neymar “Esteqlal”la matçda 57-ci dəqiqədə (3:0) meydana daxil olub.
Lakin 86-cı dəqiqədə zədələnən Neymar ayağını tutaraq meydanı tərk edib.
Qeyd edək ki, Neymar Dünya Çempionatının seçmə mərhələsinin Uruqvayla qrup mərhələsi matçında (0:2) çarpaz bağlarından zədə aldığı üçün uzun müddət yaşıl meydanlardan kənarda qalıb.