Vətəndaşlar xəstəxananın təmirsiz olmasından narazıdırlar – “Təmir işlərinə başlanılıb”

Vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasının təmirsiz olmasından narazıdırlar.

Bu barədə onlar Oxu.Az-a ünvanladıqları şikayətdə bildiriblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hazırda Quba Rayon Mərkəzi Xəstəxanasında cari təmir işlərinə başlanılıb:

“Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzində də təmir işləri plana uyğun olaraq icra olunur. Qısa müddət ərzində təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, tabeli tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün infrastrukturun yenilənməsi, eləcə də tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mütəmadi zəruri addımlar atılır”, – deyə cavabda qeyd olunub.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More