Xızı Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlər zamanı rayonun Şuraabad kəndi ərazisindən müxtəlif növ külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlar nəticəsində beş kiloqrama yaxın marixuana, səkkiz kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 4 440 ədəd metadon, eləcə də preqabalin həbləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, aşkarlanan narkotiklərin kimə məxsus olmasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.