Azərbaycanda televiziya işçisi peşə bayramı günündə vəfat etdi

Jurnalist Vüsal Nazim dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə bildiriblər.

37 yaşlı V.Nazimin uzun sürən xəstəlik səbəbindən vəfat etdiyi deyilir.

Qeyd edək ki, V.Nazim əvvəllər ARB TV və AZƏRTAC-da çalışıb.

Xatırladaq ki, Azərbaycanda hər il noyabrın 6-da radio və televiziya işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycan televiziyasının 68, radiosunun isə 98 yaşı tamam olur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More