Bakı Metropolitenində “Birbank” tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.
Məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.
Belə ki, “BakıKart”ın metro ödənişləri üçün nəzərdə tutulan “Birbank” mobil tətbiqindəki bölməsi işləməyib.
Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.
Sözügedən problem metroda sıxlığa səbəb olub.